Assos | |
---|---|
39°29′26″ şm. e. 26°20′12″ ş. u.HGYO | |
Yer qeydləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Assos (q.yun. Ἄσσος, lat. Assus), Bəhramkale və ya qısaca Bəhram ― Türkiyənin Çanaqqala ilinin Ayvacık ilçəsində tarixən mövcud olmuş zəngin şəhər. Şəhər Böyük Plininin dövründə Apollonia (Ἀπολλωνία) adını daşıyırdı.[1]
Aristotel Afinadakı Platon Akademiyasından ayrıldıqdan sonra (Ksenokratın da qatıldığı) Assosa gəlir. O burada Hermi tərəfindən qarşılanır və şəhərdə akademiya açır.[2] Aristotel həmçinin Herminin övladlığa götürdüyü qızı Fisias ilə evlənmişdir.[2] Aristotel Assos akademiyasında bir qrup filosofun başçısı olur və onlarla birlikdə zoologiya və biologiya mövzusunda yenilikçi müşahidələr edir.[2]
Farslar Assosa hücum etdikdə Kral Hermi tutuldu və öldürüldü.[2] Aristotel dostu Makedoniyalı II Filippin idarə etdiyi Makedoniyaya qaçdı[2] və burada Filipin oğlu Makedoniyalı İskəndərə dərs verməyə başladı.[2] Şəhərin girişində Aristotelin müasir heykəli var.[3]
Assosun dağıntıları 2017-ci ildən bəri Türkiyədəki Ümumdünya İrsi İlkin siyahısına daxil edilmişdir.[4]